Təhlükəli epidemiya sürətlə yayılır: Türkiyə də hərəkətə keçdi

0
124

Avropanı yeni epidemiya ilə bağlı təşvişə salan və qızdırmalı xəstəliklərə səbəb olan “Asiya pələng ağcaqanadı” sürətlə yayılmağa başlayıb.

Yoluxucu xəstəliklər üzrə türk mütəxəssis Mine Işık Arıgün bildirib ki, turistlərin sayının artması səbəbindən bu xəstəliklərin Türkiyəyə də yayılma ehtimalı ola bilər.

O, Türkiyənin xüsusilə Avropa bölgəsindən çox sayda turist qəbul etdiyini bildirib: “Bu ağcaqanadlar dang qızdırması, Zika virusu və malyariya kimi viral infeksiyaların ötürülməsinə səbəb olur. Zika virusu illər əvvəl ABŞ-da ciddi epidemiyaya səbəb olmuşdu. Hamilə qadınlar bətndə uşaqlarını itirirdilər”.

Arıgün xəbərdarlıq edir ki, bu xəstəliklər hərarət, halsızlıq, ürəkbulanma, qusma və ishal ilə başlayır: “Bu risk artıq Kiprə də çatıb. Bizə çatması an məsələsidir. İnsanların qapalı mühitlərdə kondisionerdən istifadə üçün çox bir yerdə olması riski artırır”.

Mütəxəssis Avropa və Aralıq dənizindən gələn insanların ən azından hava limanlarında hərarətlərini ölçmələri və ümumi müayinələrdən keçmələrinin çox vacib olduğuna da diqqət çəkib.