İranda müasirliyə növbəti addım: Dövriyyəyə rəqəmsal pul buraxır

0
91

İran Mərkəzi Bankı iyunun 21-dən rəqəmsal rialı ictimai dövriyyəyə təqdim edəcək. Müştərilər ştrix-kodu skan etməklə alış-veriş edə və pul köçürə biləcəklər.

Bu barədə bankın ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

“Mərkəzi Bankın həyata keçirdiyi tədbirlər və Kiş adasında “Rəqəmsal Rial” yeni əməliyyat xidmətinin pilot mərhələsinin gedişi sayəsində 21 iyun 2024-cü ildən etibarən bank şəbəkəsinin müştəriləri kağız pul və ya bank kartlarından istifadə etmədən, sadəcə olaraq rəqəmsal riallı pul kisəsindən istifadə etməklə yeni üsulla alış-veriş edə biləcəklər. Həmçinin digər müştərilərin pul kisələrinə pul köçürə biləcəklər”, – deyə bankın məlumatında deyilir.

Məlumata görə, İran Mərkəzi Bankı rəqəmsal rial layihəsi üzərində 3 il əvvəl işə başlayıb və 21 iyun 2024-cü il tarixindən etibarən iki İran bankının – Mellat və Tejaratın iştirakı ilə “sözügedən layihə mərhələyə daxil olacaq ki, bu da Kiş adalarından başlayır.