Makronun regionla bağlı şok planı: Bakı ilə İrəvan arasında… – Rusiyadan ŞƏRH

0
70

Fransa Rusiya üçün son dərəcə faydalı olan Şimal-Cənub dəhlizinin yaradılmasına qarşı çıxmaq və Ermənistanı bu layihəyə qoşulmaqdan kənarlaşdırmaq məqsədilə Cənubi Qafqazda fəallaşıb.

Bunu hərbi politoloq Aleksandr Perendjiyev “NEWS.ru”ya bildirib.

Onun sözlərinə görə, Ermənistan açıq şəkildə Rusiyanın düşmənlərinin tərəfinə keçir, baxmayaraq ki, hələlik rəsmi olaraq KTMT-də Moskvanın müttəfiqi olaraq qalır.

“İrəvan de-yure Rusiya üçün dost, faktiki düşmən dövlətdir. Bu ölkənin hakimiyyət orqanları Avropa anti-Rusiya blokunda liderliyə iddialı NATO-nun ən fəal ölkələrindən biri olan Fransa ilə əlaqələr qurur. Paris “Şimal-Cənub” layihısinin yaradılmasının və Ermənistanın buna qoşulmasının qarşısını almağa çalışır. Qərbdə başa düşürlər ki, dəhliz yeni iqtisadi modelə çevrilib. Və bu, Rusiyanın səy göstərdiyi çoxqütblü dünyanın formalaşması üçün iqtisadi əsasdır ”, – Perendjiyev bildirib.

Onun sözlərinə görə, Fransa prezidenti Emmanuel Makron Bakı ilə İrəvan arasında münaqişəli münasibətləri saxlamağa, sülh müqaviləsinin bağlanmasına və sərhədin çəkilməsinə mane olmağa çalışır.

“Onlar Qarabağla bağlı narahat deyillər. Rusiyanın yanında yerləşən Qafqazda yenidən münaqişə ocağı yaratmaq istəyirlər. Əsas məqsəd Ermənistan ərazisində NATO və ABŞ bazalarının yaradılmasıdır. Bunun üçün onlar Rusiyanın silahlı strukturlarını sıxışdırırlar”, – deyə politoloq yekunlaşdırıb.