Türkiyə – Ermənistan sərhədində sensasiyalı plan: İlk addımı bu türk dövləti atdı

0
135

Ermənistanın Ararat (Ağrı) və Araqatsotn bölgələrində Qazaxıstanın fəxri konsulluğunun əlavə ofisləri açılacaq.

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin bu gün Ermənistana səfəri ərəfəsində gündəmə gəlib.

Tokayev “Armenpress”ə müsahibəsində bildirib ki, Ermənistanla əlaqələri dərinləşdirmək əzmindədirlər. Buna əyani nümunə kimi Ararat və Araqatsotn bölgələrində Qazaxıstanın fəxri konsulluğunun əlavə ofisinin açılması qərarını göstərib. Ofislərin bu il ərzində açılması nəzərdə tutulur.

Ermənistanda bu addımdan narahat olanlar var. “Hraparak” nəşri yazır ki, Qazaxıstanın konsulluq şöbələrinin Türkiyə sərhədindəki bölgələrdə açılmasının arxasında planlar var.

“Bu konsulluqların açılmasının türk dünyasının birləşməsi layihəsində daha bir “açara” çevriləcəyi, Mərkəzi Asiyanı Türkiyəyə birləşdirməyə xidmət edəcəyi istisna edilmir. Xatırlatmaq lazımdır ki, Türkiyə Ermənistanla quru sərhədini birinci növbədə üçüncü ölkə vətəndaşları və diplomatik pasportu olan şəxslər üçün açacaq. Qazaxıstan konsulluqlarının sərhəddə ofislərinin açılması ilk “benefisiarlar” olacaq”, – nəşr yazır.