Bu gün Qəbələ rayon Tüntül kəndinin şəhidi İlyas Mənsimovun 34 ildən sonra anım mərasimi keçirildi.
Şəhid Məsimov İlyas Birinci Qarabağ müharibəsində iştirak etmişdir.
Ailəli idi,iki övladı vardı. Buna baxmayaraq Vətən dardadır deyə müharibəyə gedir.
Döyüşlərdə iştirak edir, Füzuli rayonunuda 1994- cü ildə şəhid olur.
Onun övladları,həyat yoldaşı onun anım mərasimini təşkil etdilər.
Tədbirdə Tüntül kənd icra nümayəndəsi,şəhidin təhsil aldığı məktəbin direktoru,tələbə yoldaşları,sinif yoldaşları, qazilər, şəhid ailələri, təşkilat rəhbərləri, Qəbələ TV, şəhidin ailə üzvləri, uzaqdan gələn qonaqlar,kənd sakinləri, məktəblilər,yazarlar, din xadimləri iştirak etdilər.
Əvvəlcə şəhidin məzarı üzərinə gül dəstələri qoyulmuş, ruhuna dualar oxunmuşdur.
Sonra şəhidin ailə üzvləri çıxış edərək gələnlərə öz minnətdarlıqlarını bildirmişlər.
Məktəblilər şeirlər söyləmiş,yazarlar , şəhid ailələri,gələn qonaqlar çıxış etmişlər.
Tədbir şəhidin evində ehsan süfrəsi arxasında davam etmişdir.
Allah rəhmət eləsin şəhidlərimizə.
Təranə Alməmmədova
Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəz, Sabitlik və İnkişaf Mərkəzinin, Qəbələ rayon nümayəndəliyinin rəhbəri