İnsan sağlamlığı üçün təhlükə yaradan dərmanlar – Professordan XƏBƏRDARLIQ + VİDEO

0
130

Son zamanlar sosial şəbəkələrdə boyuzadıcı dərmanlar reklam olunur. Bu dərmanlar xüsusilə bəstəboy insanların diqqətini çəkir. Çünki bəstəboy insanların çoxu xüsusilə bu dərmanlara ümid bəsləyirlər. Odur ki, bəzi insanlar həkim məsləhəti olmadan, reseptsiz, hətta apteklərdə belə satışı olmayan bu dərmanları sifarişlə alıb istifadə edirlər. Bəs bunları istifadə etmək nə dərəcədə doğrudur? Bu dərmanları həkim məsləhəti olmadan qəbul etmək gələcəkdə nə kimi problemlər yarada bilər?

Həkimlər bu cür dərmanların boy uzatmadığını deyirlər.

Professor Adil Qeybulla bu preparatların tibbi göstəriş olmadan qəbulundan sonra insan orqanizmində, xüsusilə də hormonlarda ciddi fəsadlar yaranacağını və bədənin qeyri-mütənasib böyüməsinin baş verə biləcəyini diqqətə çatdırıb.

Xatırladaq ki, insan orqanizmində təxminən 17-18 yaşdan etibarən insanların boy uzanma prosesi dayanır. Bundan sonra boyu hər hansısa dərmanlarla deyil, tibbi olaraq yalnız əməliyyatla uzatmaq mümkündür.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: