Ərdoğanın partiyasında istefa ab-havası: Onları vəzifədən göndərir?

0
115

Türkiyəli köşə yazarı Əbdülqədir Səlvi seçkinin nəticələrindən sonra “AK Partiya” Mərkəzi İcraiyyə Komitəsində yaranan ab-havadan yazıb.

Səlvi “AK Partiya”nın yerli seçkilərdən sonra hansı yolu gedəcəyini dəyərləndirib.

O bildirib ki, Ərdoğanın Mərkəzi İdarə Heyəti (MİH) üzvlərinin istefasını tələb edəcəyi bir atmosfer yaranıb:

“Çıxışını tamamladıqdan sonra Ərdoğan deyir ki, hamımız birlikdə səhvlərimizi görəcəyik. Hamımız birlikdə həll yollarını ortaya çıxaracağıq. Bu da Ərdoğanın Mərkəzi İdarə Heyətinin üzvlərinin istefasını tələb edəcəyi atmosfer yaratdı. Ərdoğan isə bunun üzərində çox dayanmadı. Ümumiyyətlə, istefa tələb etməkdən söhbət gedə bilməz. Əslində onun istədiyi vaxt buna gücü və səlahiyyəti çatır”.