İrəvanda separatçılara sərt xəbərdarlıq edildi: Qarabağ məsələsi bağlanıb

0
84

Qarabağdan Ermənistana gedən separatçılar hər vəchlə “artsax” məsələsini gündəmdə saxlamağa çalışırlar.

Bu işdə böyük canfəşanlıq göstərən Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyan və bir neçə başqa şəxs Armen Qriqoryanla görüşüblər.

Bu barədə “Hraparak” nəşri mənbələrinə istinadən yazıb. Bildirilir ki, onlar Ararat Mirzoyan və Armen Qriqoryanla görüş variantlarını müzakirə ediblər, sonda əslən Hadrutdan olan Qriqoryanla görüşə üstünlük veriblər və ümid ediblər ki, Təhlükəsizlik şurasının katibi onlarla həmfikir olacaq.

Lakin Armen Qriqoryanla görüş sözlə ifadə olunmayacaq dərəcədə soyuq şəraitdə keçib.

“Bizə dedilər ki, görüş cəmi 20-30 dəqiqə çəkib. Onlar Qriqoryanı inandırmağa çalışdılar ki, böyük nəticə əldə etmək mümkün olmasa da, “artsax” məsələsini gündəmdə saxlamaqla Ermənistanın müdafiəsinin güclənməsinə töhfə vermək olar. Lakin Armen Qriqoryan onları dinləmək belə istəməyib və açıq şəkildə bildirib ki, “artsax” məsələsi qapanıb”, – nəşr yazıb.