“Ermənistanı dəstəkləməyə çalışanlar unutmasınlar ki…” – Çavuşoğlu sərt danışdı

0
73

Can Azərbaycana yenidən gəldiyim üçün şadam. Türkiyə dövləti və türk milləti olaraq hər zaman Azərbaycanın yanındayıq. 44 davam edən Qarabağ müharibəsi zamanı da başda Prezidentimiz Rəcəb Tayyib Ərdoğan olmaqla Azərbaycanın yanında idik, indi sülh prosesində də can Azərbaycanın yanındayıq.

Bu fikirləri Türkiyə Böyük Millət Məclisinin NATO PA-dakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu Şəhidlər Xiyabanı və Türk Şəhidliyini ziyarəti zamanı jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, regionda qalıcı sülh üçün sülh müqaviləsi imzalanmalıdır: “Bunu Antalya Diplomatik Forumunda Ermənistan Xarici İşlər naziri Ararat Mirzoyana da bildirdim. Hər fürsətdə Türkiyə rəsmiləri Ermənistan tərəfinə bu barədə mövqeyini atdırır”.

Onun sözlərinə görə, bölgədə sülhün və təhlükəsizliyin dayanıqlı olması əslində Qərbin də xeyrinədir: “Bu bölgədə barışı istəməli, bunun üçün çalımalıdır. Azərbaycan Qərb ölkələrinin enerji təhlükəsizliyi üçün vacib rol oynayır. Bu baxımdan Fransa başda olmaqla bəzi ölkələr Ermənistanı tərsinə, sülh müqaviləsini imzalamamasına təşviq edirlər. Bu hər fürsətdə başda cənab prezidentimiz, xarici işlər nazirimiz olmaqla Fransaya bildiririk. Ermənistanı başqa yollarla dəstəkləməyə çalışanlar unutmasınlar ki, can Azərbaycan heç vaxt tək olmayıb, bundan sonra da tək qalmayacaq. Biz sülh istəyirik. Azərbaycan sülh üçün ciddi səy göstərir. Azərbaycan Prezidenti İlham Əliyev anti-terror əməliyyatlardan sonra da, indi də bildirdi ki, Azərbaycandan sülh tərəfdarıdır”.