Türkiyəyə qadağa tətbiq edildi: turistlər bu ölkədən çıxa bilmir

0
110

Rusiya Turoperatorları Assosiasiyası (ATOR) Rusiya Federasiyasından olan turistlərin Misirdə qaldığını və vaxtında ölkəni tərk edə bilməyəcəyini bildirib .

Ehtimallara görə, bu, Avropa İttifaqının (Aİ) Türkiyənin “Southwind” aviaşirkətinə üzv dövlətlərin əraziləri üzərindən uçuşlara qadağa tətbiq etməsi ilə bağlıdır.

Məlum olub ki, rusiyalı səyahətçilərin uçmalı olduğu Şarm əl-Şeyxdən “Air Cairo”nun SM903 reysi təxirə salınıb, çünki şirkətin “Southwind”-ə məxsus olduğu iddia edilir.

Qeyd edək ki, Avropa İttifaqı (Aİ) Türkiyənin “Southwind Airlines” aviaşirkətinə Rusiya ilə əlaqələrə görə Avropa üzərindən uçuşlara qadağa qoyub. Aİ ölkələrinin rəhbərliyi müvafiq bildirişi martın 28-də alıb. Qərar dərhal qüvvəyə minib. İddia olunur ki, 2022-ci ildə yaradılan aviaşirkətə Rusiyanın sanksiya tətbiq etdiyi qurumlar nəzarət edir.