Bu xəstəliklərin diaqnostikasında süni intellektdən istifadə olunur

0
123

Taylandda süni intellekt texnologiyası depressiya və intihar düşüncələri olan insanlara kömək etmək üçün istifadə olunur.

Taylandın Milli Sağlamlıq Təhlükəsizliyi Ofisi (NHSO) tərəfindən istifadə edilən “AI DMIND” adlı süni intellekt texnologiyası xəstələrin psixoloji vəziyyətini qiymətləndirməyi asanlaşdırır.

“AI DMIND” texnologiyası sınaq mərhələsində ölkənin təcrübəli psixiatrları tərəfindən qiymətləndirilib və ilkin nəticələrə əsasən, diaqnozlarının dəqiqliyi ilə bağlı “keçid qiyməti” alıb. Bildirilib ki, texnologiya geniş xəstə bazasına çıxışı asanlaşdırmaqla, xəstələrin müalicə prosesinin sürətləndirilməsinə töhfə verib.

Çulalonqkorn Universitetinin Tibb fakültəsinin dekan müavini professor Nicasri Çarnnaronq son illərdə psixoloji pozğunluqların artdığını bildirib: “Təkcə keçən il 15 yaşdan yuxarı təxminən 1,5 milyon insana (Taylandda) diaqnoz qoyulub. Onların yalnız üçdə biri müvafiq müalicəyə başlayıb”.