Ukrayna rəsmən bəyan etdi: ruslar irəliləyir

0
111

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski Rusiya ordusunun aktiv döyüş əməliyyatları istiqamətinə baş çəkib və şərq cəbhəsindəki əməliyyat vəziyyətindən danışıb. 

Bu barədə Ukrayna mətbuatı yazıb.

“Mən iki briqadada işləyirdim, orada vəziyyət getdikcə mürəkkəbləşirdi və düşmən bölmələrinin bizim döyüş birləşmələrimizə daha dərindən irəliləməsi təhlükəsi yaranırdı”, – deyə baş komandan bildirib.

Sırski ətraflı təhlildən sonra onların ehtiyat, sursat, elektron döyüş texnikası ilə gücləndirilməsi üçün bütün lazımi qərarların qəbul edildiyini bildirib. O vurğulayıb ki, bu, gələcəkdə Ukrayna Silahlı Qüvvələrinin cəbhənin bu sektorunda müdafiəsinin sabitliyini təmin edəcək.

“Ümumiyyətlə, şərq cəbhəsində əməliyyat vəziyyəti ağır olaraq qalır. Düşmən əsas səylərini Ternı, İvanovskoye, Berdiç, Tonenkoye, Verbovo və Rabotino ərazilərində cəmləşdirərək hücum əməliyyatlarını davam etdirir”, – Sırski vurğulayıb.

Sırski deyib ki, cəbhənin digər sektorlarında rusların fəallığı aşağı düşüb. Böyük ehtimal ki, bu, itkilərin artması ilə bağlıdır. Sırski bildirib ki, iki həftəlik gərgin döyüşlər zamanı ruslar böyük itki verib və tutmağa çalışdıqları yaşayış məntəqələri Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altında qalıb.