Ermənistan KTMT-dən bu halda çıxacaq – Paşinyan açıqladı

0
110

“KTMT-də fəaliyyətimizi dondurmuşuq. İclaslarda iştirak etmirik, orada nümayəndəmiz yoxdur. KTMT-dən çıxıb-çıxmamağımız təşkilatdan gözlədiyimiz sualın cavabından asılı olacaq”.

Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında deyib.

Onun sözlərinə görə, KTMT-nin Ermənistanda məsuliyyət zonasının nə olduğunu bilmək istəyirlər.

“Bununla bağlı suala cavab verilsə və bu cavab İrəvanın ideyalarına uyğun gəlsə, o zaman, bütün məsələlər həllini tapacaq. Əgər belə olmasa, Ermənistan təşkilatdan çıxacaq. Lakin bunun nə vaxt olacağını deyə bilmərəm”, – erməni baş nazir deyib, daha sonra zarafatla “yeni ildən əvvəl” replikasını atıb.

Görünür, Paşinyan zarafatla olsa da bu il ərzində KTMT-ni tərk etmək istədiklərinin mesajını verib.