Bu ölkə Ukraynaya yeni böyük yardım paketi ELAN ETDİ

0
114

Danimarkanın Xarici Siyasət Şurası Ukraynaya 2024-2026-cı illərdə ayrılacaq 2,3 milyard kron (təxminən 308 milyon avro) dəyərində yeni hərbi yardım paketini qəbul edib.

Bu barədə Danimarka Müdafiə Nazirliyinin saytında yerləşdirilən məlumatda deyilir.

16-cı yardım paketinə Fransa ilə əməkdaşlıq çərçivəsində SEZAR özüyeriyən artilleriya sistemlərinin alınması üçün vəsait daxildir.

“Artilleriya və minaatan sistemlərinə Ukraynadan böyük tələbat var. Bu ianə paketi ilə biz əlavə SEZAR artilleriya sistemləri və müvafiq sursatlar şəklində Ukraynanın azadlığı uğrunda mübarizəyə mühüm töhfə veririk”, – Danimarka Müdafiə Nazirliyinin rəhbəri Troels Lund Poulsen bildirib.

Qeyd olunur ki, 2024-2028-ci illərdə ayrılması planlaşdırılan Ukraynaya yardım fondunda ümumilikdə 25,3 milyard kron (təxminən 3,4 milyard avro) rezerv edilib.

Bundan əvvəl Danimarkanın baş naziri Mette Frederiksen demişdi ki, Kopenhagen növbəti on il ərzində Ukraynanı dəstəkləyəcəyinə zəmanət verir. Siyasətçi həmçinin Avropa ölkələrinin başçılarını Kiyevi daha fəal dəstəkləməyə çağırıb.