“Hazırda Ermənistan sərhədlərində heç bir qoşun toplanması yoxdur”.
Bunu jurnalistlərə açıqlamasında Ermənistan ordusunun baş qərargah rəisi Edvard Asryan “Azərbaycan sərhədə qoşun toplayıb” iddialarını cavablandırarkən deyib.
Qeyd edib ki, Azərbaycanın sərhəddə yeni qüvvələr cəlb etməsi müşahidə edilmir. Əməliyyat vəziyyəti nisbətən sabitdir.
Asryanın bu açıqlamasını etiraf hesab etmək olar, çünki Ermənistan hakimiyyəti “Azərbaycan hücum edəcək” iddiası üzərindən təliğat kampaniyasl aparır. Erməni ordusununn baş qərargah rəisi isə bu iddiları təkzb edib.