Ermənistanın məkrli planı: Vaxt qazanmaq, silahlanmaq və Azərbaycana hücum etmək

0
113

“Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın əleyhinə təbliğatı uzun müddətdir ki, davam etdirir. Xüsusilə qərb media orqanlarına müsahibəsi zamanı biz bunu açıq-aydın hiss edirik. Fransada səfərdə olarkən “France-24” kanalına müsahibəsində də Rusiya əleyhinə fikirlər səsləndirən Paşinyan öz siyasi xəttindən geri çəkilmək istəmir”.

Bu sözləri açıqlamasında politoloq İlyas Hüseynov deyib.

O əlavə edib ki, Paşinyan Rusiyanın erməni əhalisi arasında hakimiyyəti devirmək təbliğatı apardığını iddia edir.

“Bu isə Rusiyaya meydan oxumaqdır və öz hakimiyyəti üçün qorxu və təlaşın bir göstəricisidir. Fransaya Rusiyadan şikayətlənmək və sanki Azərbaycanın Ermənistana hücum edəcəyi ilə bağlı fikirlər bildirmək Ermənistanın təhlükəsizliyini və müdafiəsinin gücləndirilməsinə yönəlmiş “PR” kompaniyasıdır”-politoloq deyib.

Onun sözlərinə görə, Ermənistan bu cür fikirlər formalaşdırmaqla silahlanmaq və mövcud vəziyyəti dəyişmək niyyəti güdür.