ÜST-dən yeni pandemiya XƏBƏRDARLIĞI: hər şey baş verə bilər

0
144

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus COVID-19 pandemiyası zamanı yaşanan bir çox problemlərin hələ də davam etdiyini bildirib. Onun sözlərinə görə, dünya yeni bir epidemiyaya hazır deyil.

Qebreyesus CNN-də iştirak etdiyi proqramda epidemiya dövrü və onun nəticələri ilə bağlı açıqlamalar verib.

O, COVID-19 epidemiyasında “vaxtında və şəffaf” məlumat mübadiləsi və qlobal koordinasiyada olan problemlərin hələ də davam etdiyini bildirib.

Qebreyesus bütün ölkələri vaksinlər və dərmanlar kimi epidemiya ilə mübarizə üçün istifadə edilən vasitələrin və vacib məlumatların paylaşılmasını asanlaşdırmaq üçün “pandemiya sazişi” imzalamağa çağırıb: “Gördüyümüz kimi, sistemimizdə boşluqlar var. Əgər bir şey olarsa, hazır olmadığımız üçün hər şey baş verə bilər. Amma biz buna dərhal müdaxilə edə, zərəri minimuma endirə bilərik”.