Erməni təxribatçılar necə öldürülüb? – Terrorçu qrupun rəhbəri açıqladı

0
106

Terrorçu “Yerkrapah” Könüllülər Birliyinin sədri Sasun Mikaelyan törətdikləri təxribatdan sonra Azərbaycanın keçirdiyi “qisas əməliyyatı”ndan danışıb.

Mikaelyan bu barədə “Azadlıq” radiosuna açıqlama verib.

“Faktla bağlı araşdırma aparılır, hallar aydınlaşdırılır. Sadəcə onu deyə bilərəm ki, onların dördünün də üzərində snayper işləyib”, Mikaelyan deyib.

Ermənistan tərəfindən törədilən təxribata cavab olaraq fevralın 13-də Azərbaycan silahlı qüvvələrinin bölmələri əməliyyat keçirib. Əməliyyat nəticəsində 4 erməni terrorçunun öldürüldüyü bildirilir.