Ermənistana təxribat tapşırığını bu üç ölkə verib: Türk general detalları açıqladı

0
138

“Ermənistana yenə imperial qüvvələr və onların “daydayları” tərəfindən tapşırıqlar verilir”.

Bu sözləri ehtiyatda olan general Yücel Karauz açıqlamasında deyib.

O qeyd edib ki, Ermənistanın etdiyi son hərəkətlər indiki vəziyyətlə barışa bilmədiyini göstərir:

“Nə vəziyyəti qəbul edir, nə də məğlubiyyəti həzm edə bilirlər. Məqsəd Cənubi Qafqazda sülhün və sabitliyin olmamasıdır. Bunu iki yolla, həm diplomatik, həm də hərbi sahədə etməyə çalışırlar. Azərbaycanı günahkar göstərmək istəyirlər. Guya ki, bölgədə iğtişaşlar və qeyri-sabitlik hökm sürür. Əməliyyat sahəsini və siyasi ərazini çoxdövlətli, çoxölkəli və çoxqruplu etməyə çalışırlar. Bu vəzifəni Ermənistana hərbi sahədə revanşizm hissi ilə olan 7-8 ölkə, ən əsası Fransa, ABŞ və İran verib. Ermənistan da diqqəti cəlb edə bildiyi mühitdə, fürsət tapdıqda atəşkəsi pozur”.

General Ermənistanın üçtərəfli sazişdə verdiyi vədlərə əməl etmədiyini diqqətə çatdırıb:

Dünənki atəşkəsin pozulmasının məqsədi Xocalıya və Xankəndiyə qayıdışın başlaması ilə əlaqəli olar bilər. Çünki 26 fevral yaxınlaşır. Azərbaycan atəşə tutulan hər bir postu dağıtmalıdır. Elə də edir. Bu, beynəlxalq hüquqdan irəli gələn Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin tələb etdiyi kimi, terrorizmlə mübarizə mənasında Azərbaycanın özünümüdafiə hüququdur. Ermənistanın törətdiyi bu dağıntılar təkcə Azərbaycana qarşı deyil, bütün Qafqazda sülhü, xoşbəxtliyi, əmin-amanlığı və sabitliyi pozmaq üçün atılan addımlardır”.

Qeyd edək ki, ötən gün Ermənistan Zəngilan istiqamətində Azərbaycan Ordusunun mövqelərini atəşə tutub, bir hərbçi yaralanıb. 13 fevral tarixində Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Ermənistan Silahlı Qüvvələrinin törətdikləri təxribata cavab olaraq “qisas əməliyyatı” keçirilib. Əməliyyat nəticəsində sgərimizə atəş açılan Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib, döyüş mövqeləri susdurulub.