Hər günümüz bir vuruşdur

0
262

Qəlbimizin döyüntüsü həyatımızın ömürlə vuruşudur. Sevinclərimizdə, kədərlərimiz də qəlblərin yaşantısını bəlli edir.
Qəlblər nə qədər ki, döyünür yaşayırsa hisslər mübarizəsi davam edir.
Qəlblərə hakim olan hisslərin həyəcanı bir ömür bitmir. Qəlbim rahatdır dediyimiz anlarda belə onun sevinci də həyəcan yaşayır.
Bu hiss etmədiyimiz həyəcan duyğularımızla birgə həyat yaşamını idarə edir.
Yaşam dünyamız isə qəlblərə ağır bir yükdür. Fiziki, mənəvi yaşantıların təsir güzgüsü olan qəlbləri idarə etmək imkanımız xaricindədir.
Ancaq qarşımızdakı insanlara qəlbinə az da olsa, sevinc və ya kədər qatmaq bir çox yollarla mümkün olur.
Bu da dünya yaşamının ayrılmaz hissəsidir. Qəlblərin vuruşu həyatımızı idarə edir.
Qəlblərin istəyi hər zaman yerinə yetməsə də arzular tükənmir.
Ümidləri, arzuları yaşadan qəlbimiz bağışlamağı da bacarır.
Həyatımızın doğum və yaşam güzgüsü olan qəlbimiz çox böyük gücə malikdir.
Dünyanın ağrı-acısı ilə vuruşda bir ömrü boyu ən güclü silahımızdır.
Xoş günlərimizin huzurunu bölüşməkdə də bizə yardım edən qəlbimizin səsidir.
Hər günümüz qəlbimizin vuruşu ilə keçir. Sevincə də, kədərə də yol açan dünya yaşantıları hər zaman qəlblərimizin daxilindəki eşidilməyən səslərin çığırtısı ilə qarşılaşır.
İlk vuruş burada başlayır, sonra həyat mübarizəsinə qoşulur.
Qəlbimizin rahatlığı üçün əlimizdən gələni əsirgəmirik.
Nəticə ürək açan olmasa belə, bacardıqlarımızı həyata keçirmək az da olsa təskinlik verir.
Vuruş dünyasını qələbəsiz başa vurmuruq, səbrimizi itirməyək.
Qəlbimizi, tikansız, nifrətsiz, kinsiz saxlamaq özü bir qələbədir.
Təəssüf ki, bu hər kəsə nəsib olmur.
Xeyirlə şərin də mübarizəsi buradan başlayır.Qəlblərin hər birinin yaşam dövrü də, yaşam hissləri də fərqli ömür yaşadır.
Bu isə həyat mübarizəsinə əngəl törədən ciddi, xoşagəlməz anlar yaşadır.
Həyatı sevməyərək yaşamaq hisslərimizin vuruşunun da qarşısını alır. Hansı ki, bu ömür səhifəmizin amalı olmalıdır. Mübarizəsiz həyat yoxdur. Hər günümüzü xoş arzuların, xoş niyyətlərin, xoş, gözəl əməllərin qələbəsi ilə başa vuraq. Xoş duyğular qəlbimizdən silinməsin.

SƏNUBƏR