Türkiyədə qadın öldürən qatillər üçün edam cəzasının bərpası təklif edilib

0
189

Türkiyənin Ali Apellyasiya Məhkəməsinin Baş Prokuroru Bekir Şahin qadın öldürən qatillər üçün edam cəzasının bərpasını təklif edib. Baş prokurorun sözlərinə görə, qadınların öldürülməsinə görə ömürlük həbs başqalarını da eyni cinayətləri törətməkdən çəkindirmir.

“Qadın qətlinə görə verilən ən ağır cəza ağırlaşdırılmış ömürlük həbsdir. Əvvəllər bunun ekvivalenti ölüm cəzası idi. Məncə, günahı sübuta yetirilənlərin cəzası ölüm olmalıdır. Hamilə qadına saysız-hesabsız bıçaq zərbəsi vuran şəxs ağırlaşdırılmış həbs əvəzinə edam cəzasına məhkum edilməlidir”, – deyə Bekir Şahin bildirib.

Qeyd edək ki, Türkiyədə 1984-cü ildən edam cəzası faktiki olaraq tətbiq edilmir.