Partizanlar Rusiyanın hərbi zavodlarına SIZDILAR: “Atəşfəşanlığa hazırlaşırıq, qisas olacaq”

0
142

Müqavimət Qüvvələrinin nümayəndələri Rusiyanın Tambov vilayətində Miçurin adına Aviasiya və Raket Texnologiyaları Zavodunda hazır avadanlıqla təchiz olunmuş anbarları qeydə alıblar. 

Bu barədə “RBC-Ukrayna” Krımın “Atəş” müqavimət hərəkatının “Teleqram” kanalına istinadla məlumat yayıb.

Bildirilib ki, partizanlar müvafiq məlumatı Ukrayna Müdafiə Qüvvələrinə ötürüblər.

Məlumatda qeyd olunub ki, hərəkat təcavüzkar ölkənin mühüm hərbi sənaye müəssisəsi olan, aviasiya və raket texnologiyalarının idarəetmə sistemləri üçün avadanlıq istehsal edən bu zavodun əməkdaşının əməkdaşlığa cəlb olunmasına nail olub.

“Atəş” agentinin sözlərinə görə, onlar indi “Su” döyüş təyyarələri, eləcə də pilotsuz təyyarələr üçün elektrik cihazları istehsalına başlayıblar.

Partizanlar əlavə ediblər ki, istehsal olunan komponentlər Moskva və Tatarıstana göndərilir.

“Agentimizin sözlərinə görə, şirkət bu ilin mayında Çin nümayəndə heyətinin səfərindən sonra hərbi ehtiyaclar üçün bir sıra komponentləri lokallaşdıra bilib”, – məlumatda deyilir.

Bu zavodda istehsal və anbarlardakı hazır məhsullar haqqında məlumatlar ukraynalı müdafiəçilərə açıqlanıb.

“Rusların son vəhşi hücumlarından sonra Rusiya Federasiyası ərazisində zərbələrə qoyulan istənilən məhdudiyyət aradan qalxıb. Ona görə də atəşfəşanlığa hazırlaşırıq. Qisas olacaq”, – hərəkat vurğulayır.