Separatçılar Qarabağa “qayıdırlar” – QHT yaratdılar

0
174

Azərbaycandan Ermənistana qaçan separatçılar gündəmdə qalmaq üçün müxtəlif yollara əl atırlar.

Separatçılar QHT yaratmaq niyyətindədirlər. Bu Qeyri-Hökumət Təşkilatını vaxtilə qondarma qurumda fəaliyyət göstərmiş “Ədalət” adlı partiyanın təsisçiləri yaradırlar.

Onlar yaratmaq istədikləri QHT-yə “Ədalət və Qayıdış” adını veriblər. Yəqin ki, bu adla Qarabağa qayıtmaq niyyətlərini bildirmək istəyirlər.

Dekabrın 27-də təşkilatın ofisində (Yerevan, Ara Sarkisyan 6) keçiriləcək mətbuat konfransında təşəbbüskarlar QHT-nin fəaliyyətinin, missiyasının və vəzifələrinin başlanması barədə məlumat verəcəklər.

Separatçıların yaratdığı təşkilatın prezidenti Qarabağdakı keçmiş qondarma rejimin “parlamenti”nin deputatı olmuş Metaxe Akopyandır.