Şəhidlər ölməz, Vətən bölünməz!

0
165

“Vətən daşı və 44 günlük müharibə”nin ekran salnaməsi

“Nizami” Kino Mərkəzində nümayiş etdirilən sənədli filmlər də bunu təsdiqləyirdi

Şəhidlər!
Bu bircə kəlmə söz Vətən, Ana qədər əzizdir vətən sevgisi olanlar üçün.
Şəhidlər – Millətin, dövlətin, xalqın azadlığı uğrunda canından keçən igidlər!
Şəhidlər -“qonşunun toyuğuna da kiş deməyən”-humanist, insanpərvər, qan-qadanı qəbul eləməyən!
Şəhidlər – Ana Vətən uğrunda cihada qalxan, onu qoruyan oğullar!
Şəhidlik – alın yazısı!
Şəhidlik – düşmənə amansız qəhrəman!

Əslində, bu müqəddəs kəlməni bizə dini hekayətlərdə anladırdılar. Mən isə kəndimizdə məhərrəmlik ayının on günlüyündə – Aşura günü eşitmişdim. Uşaq idim. İmamlarımızın torpaq, din, azadlıq yolunda şəhid olduqlarını söyləyir və mərsiyələrlə onlara ağlayır, yas tuturdular.
Şəhidliyin bu qədər müqəddəs olmasını biz 20 Yanvar – Qara Yanvardan sonra Xalq şairi Bəxtiyar Vahabzadə, telejurnalist Rafiq Səməndər, şair Məmməd Aslan da öz poetik və publisistik diliylə anlatdılar. “Şəhidlər” kitabı Rafiq Səməndəri bu mövzuda yazan ilk qələm adamı tanıtdı və sevdirdi.
Şəhidlər mövzusu 30 ildən artıqdır ki, junalistlərin, ümumiyyətlə isə qələm adamlarının bədii mövzusuna, bəzilərinin yaradıcılığında ana xəttə çevrildi.
19 dekabr 2023-cü il tarixin qələm dostum, Respublika “Xatirə Kitabı” redaksiyasında illərdir ki, şəhidlik mövzusunda qələm çalan, şəhid ünvanlarını soraqlayıb tapan və şəhid ana-bacılarına, qardaşlarına, atalarına… qoşulub kövrələrək məlumat toplayıb şərəfli yolun yolçularından yazmaqdan yorulmayan Vüqar Əsgərov film təqdimatına məni dəvət edəndə məmnuniyyətlə iştirak edəcəyimi bildirdim və bu dəvət üçün ona və çalışdığı kollektivə, başda Respublika “Xatirə Kitabı” redaksiyasının baş redaktoru, şair-publisist Nəzakət xanım Məmmədovaya təşəkkürümü bildirdim.
Bəli, bu mövzu mənim üçün çox müqəddəsdir. Ona görə ki, əlimə qələm alıb məqalə yazmağaə başlyandan qismətimə şəhidlik mövzusundan yazmaqdan yorulmamaq düşüb. 28 kitabımda (onlardan yalnız biri şeirlərdir) qısa, lakin şərəfli ömür yolu keçən şəhidlərimizdən – 2 min nəfərədək vətən övladından ağlaya-ağlaya portret-oçerk yazan müəllif kimi tanıyıb oxucularım məni. Üzünü görmədiyimə insanlar məni “dirigözlü şəhid” adlandırıblar…
Tədbirə gecikmək olmazdı. Nə qədər özümü tez çatdırmaq istəsəm də ( əslində, vaxtında çatmışdım “Nizami” Kino Mərkəzinin binasına), tamaşaçı salonunun dolu olduğunu görüb sevindim. Bu, həm nümayiş etdiriləcək filmin mövzusuna – həm şəhidlərimiz , həm də Mədəniyyət Nazirliyi ilə Respublika “Xatirə Kitabı” redaksiyasının kollektivinə (şübhəsiz ki, Baş redaktor Nəzakət xanım Məmm dovaya) minnətdarlıq idi.
Beləliklə, keçək əsas mətləbə.
Dekabrın 20-də “Nizami” Kino Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Respublika “Xatirə Kitabı” redaksiyasının “Vətən daşı… və ya 44 günün dastanı” layihəsi əsasında çəkilmiş növbəti 4 film nümayiş olundu. Filmlər 44 günlük Vətən müharibəsində şəhid olmuş Murad Əsədov, Dəyanət Əliyev, Toğrul Abbasov və Mətləb Quliyevin şərəfli həyat və döyüş yolunu özündə əks etdirirdi.
Milli Məclisin deputatlarının, dövlət qurumlarının, ictimai təşkilatların nümayənlərinin və şəhid ailə üzvlərinin iştirakı ilə keçirilən tədbirdə ölkə mizin razi bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının xatisi bir dəqiqəlik sükutla yad olunduqdan sonra aparıcı – sənətşünaslıq üzrə fəlsəfə doktoru, sevimli aktrisa Zülfiyyə Eldarqızı bildirdi ki, müasir Azərbaycan dövlətinin qurucusu və memarı, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış və onun xeyir-duası ilə fəaliyyət başlamış Respublika “Xatirə Kitabı” redaksiyası müharibə ağrılarını özündə geniş əks etdirən ensiklopedik tarixi salnamədir. Bu kitab hazırda da tarixi bir hadisə kimi səciyyələnir və insanın tarixləşən həyatını özündə ehtiva edir.
Xatırladaq ki, elə aparıcı da bu məsələni diqqətə çatdırdı, “Xatirə Kitabı”ında əsasən, İkinci Dünya müharibəsində, Əfqanıstan döyüşlərində, 20 Yanvar faciəsində , Xocalı soyqırımında, Qarabağ müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə həlak olmuş, itkin düşmüş, əsir götürülmüş vətəndaşlarımız, milli qəhrəmanlarımız haqqında əhatəli materiallar dərc edilir, cəmiyyət üçün faydalı iş görülür.
Bu dəfə Respublika “Xatirə Kitabı” redaksiyası “Bakı-Xəbər” qəzeti ilə birgə layihə əsasında “Şəhidlər ölməz, Vətən bölünməz!” seriyasından bir neçə kitab çap edib. Belə kitabların hazırlanması istiqamətində növbəti işlər davam etdirilir.
Milli Məclisin deputatı Aydın Hüseynov, Azərbaycan Mətbuat Şurasının İdarə Heytinin üzvü, “Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Qadınlar və hərbi qulluqçuların ailələri ilə iş üzrə şöbəsinin müdiri Zümrüd Səmədova, filmlərin ssenari müəllifi rejissoru Vüsal Nuru, “Xatirə Kitabı” redaksiyasının baş redaktoru Nəzakət Məmmədova və başqaları çıxış
edərək göstərdilər ki, ötən dövr ərzində Respublika “Xatirə Kitabı”nın iyirmiyə yaxın cildi nəşr olunub.
Hər cild isə ötən tarixdən səs-soraq verir, sanki insanla danışır. Əbəs yerə deyil ki, Respublika “Xatirə Kitabı”nı yaddaşımızın abidəsi adlandırırlar. Xatirə kitablarının nəşri həm də onun təsdiqidir ki, “heç kim unudulmur, heç nə yaddan çıxmır!”
Yəni ki, xalqımıza Zəfər sevinclərini yaşadan oğullarımızın adlarının bədiiləşdirilməsi Respublika “Xatirə Kitabı” redaksiyasının ümd işidir. Ona görə də redaksiya bu işdə daim öz üzərində bir məsuliyyət hiss edir, bu istiqamətdə araşdırma işləri aparır və ənənəni hazırda da davam etdirməkdir.
Natiqlər Respublika “Xatirə Kitabı” redaksiyasının “Vətən daşı… və ya 44 günün dastanı” layihəsini yüksək qiymətləndirdilər. O da xüsusi olaraq vurğulandı ki, belə layihələr əsasında çəkilən filmlər gənc nəslin vətənpərvrlik ruhunda böyüməsi istiqamətind böyük əhəmiyyt kəsb edir.
Sonra Vətən müharibəsində şəhid olmuş Murad Əsədov, Dəyanət Əliyev, Toğrul Abbasov və Məhəbbət Quliyevin şərəfli həyat və döyüş yolunu özündə əks etdirən filmlər nümayiş etdirildi.
Sonda onu da qeyd edək ki, təqdim olunun bu filmlərin layihə müəllifi və direktoru Respublika “Xatirə Kitabı” redaksiyasının baş redaktoru Nəzakət Məmmədova, ssenari müəllifi və rejissoru Vüsal Nurudur.
Hər bir şəhid haqqında ayrıca sənədli film çəkmək heç də asan məsələ deyil. Ürəklərinə axan gözə yaşlarını gizlətdikləri üçün, gözlərindən bircə damla yaş da axmayan, “oğlum Vətən yolunda şəhid olub!- deyən və qürurunu sındırmayan, arxa-dayağını itirən qardaş da, hər gecə yuxularında qardaşı ilə danışan-gülən, gözlərini açanda qəm-qüssədən qəlbi yara bağlayan, gözləri qıpqırmızı olan bacıları da gördük, qəddini düz saxlamağı bacaran, balasının son kəlmələrini dilinin ucunda bitirən Ana da!
Ürəkdağlayan səhnələr flmin nec ürəklə hazırlanmasını bir daha təsdiqlədirdi. Filmlərin dördünün də haqqında bunları söyləmək olar.
Nə deyək? Hər kəs gərək öz peşəsinin vurğunu olsun! Bu filmlər sənət fədailiyini də gördük, vətəndaş olmaqdan öncə Vətən daşı olmağı özünə şərəf bilən oğulların amallarına ayna tutan sənət əsəri də.
Yolunuz uğurlu olsun, fədailəri!

Məhəmməd NƏRİMANOĞLU