Daha 3 ölkə Ukraynaya qarşı? – “Bu, Kiyev üçün pis xəbərdir”

0
232

“Ukrayna gələn il Polşa, Macarıstan və Rumıniyanın geri almaq istəyəcəyi əhəmiyyətli ərazilərini itirə bilər”.

Bu sözləri MKİ-nin keçmiş əməkdaşı Larri Conson “Dialogue works” “YouTube” kanalına müsahibəsində deyib.

“Tarixi Rumıniya ərazilərinin Rumıniyaya, bəzilərinin Macarıstana, digər ərazilərin isə Polşaya qayıtması tamamilə mümkündür. Bu, Ukrayna üçün pis xəbərdir”, – amerikalı ekspert bildirib.

Bundan əlavə, o, əlavə edib ki, Odessa gələn il Rusiyayanın əlinə keçə bilər.

Conson da hesab edir ki, Ukraynanın parlaq gələcəyi yoxdur. Onun sözlərinə görə, prezident Volodimir Zelenskiyə Ukrayna Silahlı Qüvvələrinin döyüş bölgəsində məğlubiyyətə uğradığı və həmçinin “mərmi aclığı” yaşadığı bildirilir.