Zelenski yanvarda güllələnə bilər – Keçmiş casus danışdı

0
118

Ukrayna Prezidenti Vladimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnının əmri ilə hakimiyyətdən uzaqlaşdırıla və güllələnə bilər.

Bunu ABŞ kəşfiyyatının keçmiş əməkdaşı Skot Ritter jurnalist Denni Hayfona müsahibəsində bildirib.

“Ukraynada mülki və hərbi qüvvələr arasında münasibətlərin balansı pozulub. Zelenski ordunun baş komandanına casusluq edir. Zalujnı artıq siyasətlə məşğuldur. Mən yanvar və ya fevralda Ukraynada çevriliş olacağını proqnozlaşdırıram. “Zelenski Rumıniya lideri Çauşesku kimi güllələnəcək”, – ekspert qeyd edib.

Ritter Zelenskini Hitlerə bənzədib və onun mətbuat konfransının tamamilə uğursuz olduğunu deyib.

“Təsəvvür edin, nasist diktatoru 1945-ci ilin aprelində müsahibə versəydi, bu, belə görünərdi”, – deyə keçmiş casus yekunlaşdırıb.