50 yaşdan sonra necə qidalanmaq lazımdır?

0
234

Alimlər 50 yaşdan sonra orqanizmi cavanlaşdırmağa kömək edən məhsulları açıqlayıb.
Xarici mətbuat xəbər verir ki, liflə zəngin qidalar yemək ürək xəstəliyi, II tip diabet və yüksək təzyiq riskini azaldır. Bu qidalar həmçinin artıq çəki ilə mübarizə aparmağa kömək edir və demans da daxil olmaqla yaşa bağlı xəstəliklərin riskini azaldır. Pəhrizinizə tam taxıl, mərcimək, tərəvəz və meyvələr daxil etmək tövsiyə olunur.
Protein hər gün və kifayət qədər miqdarda olmalıdır. Müntəzəm olaraq zülal yemək yaşlanma ilə müşayiət olunan əzələ kütləsinin itkisini kompensasiya etməyə kömək edir. Toyuq, yumurta, qoz-fındıq və qatıq əla protein mənbəyidir.
Ürək sağlamlığınıza diqqət yetirmək xüsusilə orta yaşda vacibdir. Balıq, qoz-fındıq, avokado və zeytun yağından alınan omeqa-3 kimi sağlam yağları qida rasionuna əlavə etmək ürək xəstəliyi riskini azaldır.
Bitki tərkibli qidaları gündəlik yemək lazımdır. Bitki mənşəli məhsulların pəhrizə daxil edilməsi yaşlanma prosesini əhəmiyyətli dərəcədə yavaşladır.