Türkiyənin müdafiə sənayesi bu qədər artıb: “Baykar”dan inanılmaz yüksəliş

0
157

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) açıqladığı 2022-ci ilin 100 ən böyük müdafiə sənayesi şirkəti siyahısında türk şirkətlərinin yüksəlişi diqqət çəkib.

Dörd türk şirkətinin yer aldığı siyahıda “ASELSAN” 60-cı, “Baykar” 76-cı, “TUSAŞ” 82-ci, “Roketsan” 100-cü yerdə qərarlaşıb. Türk şirkətləri 2022-ci ildə gəlirlərini bir əvvəlki ilə nisbətən yüzdə 22 artıraraq, cəmi 5 milyard 500 milyon dollar gəlir əldə edib.

Hesabatda siyahıya ilk dəfə daxil olan və 76-cı yerdə olan “Baykar”ın yüksəlişi xüsusilə diqqət çəkib.

Siyahının ilk 10-luğuna beş ABŞ, üç Çin, bir Britaniya və bir Rusiya şirkəti daxil olub. ABŞ-ın “Lockheed Martin” şirkəti isə birinci yerdədir. Dünya üzrə 100 ən böyük silah şirkətinin silah və hərbi xidmət satışları 597 milyard dollar təşkil edib. Tələb artsa da, 2021-ci ilə nisbətən real ifadədə 3,5 faiz azalma olduğu vurğulanıb.