Gülər Bakıya gəldi: İrəvanın Tbilisi yolu bağlanacaq – Ermənistan təşvişdə

0
158

Türkiyənin müdafiə naziri Yaşar Gülər Azərbaycanda səfərdədir. Gülərlə yanaşı, Gürcüstanın müdafiə naziri Xuanşer Burçuladze ölkəmizdədir. Bu səfərin məqsədi Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan arasında üçtərəfli görüşün keçirilməsidir.

Üç ölkə arasında bu format uzun illərdir uğurla işləyir. Müdafiə nazirlərinin üçtərəfli görüşü sonuncu dəfə bu ilin fevralında Ankarada baş tutub. Bakı görüşü da bu formatda əməkdaşlığın davamıdır. Lakin Ermənistan bu görüşdən qorxuya düşüb. İrəvanda hesab edirlər ki, Bakı və Ankara Tbilisini İrəvana silah daşınmasında tranzit rolundan imtina etməyə inandıracaq.

Paşinyan hakimiyyətinə yaxın olan erməni şərhçi Akop Badalyan yazır ki, Bakı görüşündə Fransanın Ermənistana silah göndərməsi məsələsinin müzakirə ediləcəyi də şübhəsizdir.

“Fransa Ermənistanla niyyət sazişi imzalayıb və artıq İrəvana “Bastion” tipli zirehli maşınlar göndərilib, hava hücumundan müdafiə sistemlərinin tədarükü də planlaşdırıır. Gürcüstan burada əsas halqadır. Tbilisinin razılığı olmadan Ermənistana silah tədarükü mümkün deyil.

Azərbaycan və Türkiyə Gürcüstanın Ermənistan üçün tranzit olmaqdan imtina etməsini təmin edəcək. Fransa Qafqazda uzunmüddətli plan qurursa, zamanla Ermənistana hərbi tədarükün həcmini və keyfiyyətini artıracaq. Buna görə də Fransaya Gürcüstan tranzitinin sabitliyi və etibarlılığını təmin etmək lazımdır. Bakı və Ankara bunun qarşısını almaq üçün əllərindən gələni edəcək. Müdafiə nazirlərinin Bakı görüşü bu məsələnin həlli baxımından əhəmiyyətlidir”, – erməni şərhçi yazır.