Bu, Qəzzaya humanitar yardımı artırmağa imkan verib – BMT

0
150

Başlanan humanitar fasilə BMT-yə Qəzza zolağına yardımın həcmini artırmağa imkan verib.

Bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (HMƏO) mətbuat xidməti bildirib.

“Bu gün səhərdən etibarən qüvvədə olan humanitar fasilə zamanı BMT Qəzzaya humanitar yardımın tədarükünü artıra bilib. Yüz minlərlə insan qida, su, dərman və digər zəruri əşyalar alıblar”, – qurumun yaydığı bəyanatda deyilib.

Qeyd olunub ki, oktyabrın 7-dən bəri ən böyük humanitar karvanda 137 yük maşını var. Onlar Qəzzada BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin məntəqəsində boşaldılıb.