Ərdoğan Ermənistana SƏSLƏNDİ

0
289

Bəzi qərb gücləri hələ də Qarabağ müharibəsi ilə bölgəmizdə yeni dövrün başladığını anlaya bilmirlər.

Bunu Türkiyə Prezidentİ Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra keçirilən mətbuat konfransında deyib.

“Ermənistanı bir daha azərbaycanlı qardaşlarımızın uzatdıqları sülh əlini tutmağa çağırıram”, – o bildirib.

Türkiyə lideri qeyd edib ki, erməni xalqı və onların rəhbərləri təhlükəsizliyi minlərlə kilometr uzaqda deyil, qonşuları ilə sülh və əməkdaşlıq şəraitində axtarmalıdırlar.

“Ermənistanı təxribata sürükləyərək özlərinə qazanc toplayanlar əslində ən böyük zərəri ermənilərə vurdular”, – Ərdoğan vurğulayıb.