Məhkumlar üçün nəzərdə tutulan məzuniyyət günlərinin sayı AÇIQLANDI

0
218

“Məhkumların məzuniyyət məsələsi qanunvericiliklə tənzimlənir. Qanunvericilikdə az ağır, ehtiyatsızlıqdan cinayət törədən və böyük ictimai təhlükə törətməyən məhkumlar üçün yeddi günlük məzuniyyət nəzərdə tutulub”.

Bu sözləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəis müavini Oqtay Məmmədov Bakının Umbakı qəsəbəsində inşa edilən yeni müasir penitensiar kompleksinə təşkil olunan mediatur zamanı deyib.

O bildirib ki, bu, cəzaçəkmə müəssisəsində qaydalara riayət edən məhkumlara şamil edilir:

“Eləcə də, məzuniyyətə buraxılan məhkumların cəza müddətinin yarısını çəkmiş olması şərtlərdən biridir. Məhkumlar rejim qaydalarına düzgün riayət etdikləri təqdirdə müəssisə hüdudlarından kənara, müşayiətsiz yeddi gün müddətinə ailələrinin yanına göndərilirlər. Eyni zamanda, məhkumun ailəsində və ya qohumlarında hər hansı faciə baş veribsə, bu da məzuniyyət məsələsində nəzərə alınır”.