Moskvadan İrəvana daha bir xəbərdarlıq: Ciddi risk edirsiniz

0
722

Üçtərəfli sazişlər çərçivəsindən kənarda ABŞ və Aİ-nin göstərişi ilə Ermənistan ciddi riskə gedir və regional infrastrukturdan kənarda qala bilər.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı bildirib.

“ABŞ və Aİ bir çox yerlərdə qarant rolunda çıxış edirlər, lakin müsbət bir şey edə bilmirlər. Çox vaxt onlar çox şey vəd edir, az iş görür və vəziyyətdən yalnız öz məqsədləri üçün istifadə edirlər. Rusiyaya nifrət onların gündəmindədir, anti-Rusiya addımları onlar üçün yol xəritəsidir”, – Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü bildirib.

“ABŞ və Aİ region ölkələrinin gələcəyinə biganədir. onların məqsədi hamını bir-birinə qarşı qoymaqdır”,- deyə Zaxarova əlavə edib.