Əsrin sonuna kimi Kür və Arazda su ehtiyatlarının 20 faizə qədər azalacağı proqnozlaşdırılır

0
368

Əsrin sonuna kimi Kür və Araz çaylarının su ehtiyatları 20 faizə qədər azala bilər.

Bunu BMT-nın İnkişaf Proqramının layihə meneceri Zaur Əliyev Türk Dünyası II Meteorologiya Forumunda çıxışı zamanı deyib

Onun sözlərinə görə, GFDL, HADGEM, MPI modelləri əsasında, temperaturun iki dərəcə artması, yağıntıların miqdarının dəyişməməsi fonunda Böyük və Kiçik Qafqaz ərazisindən, Lənkəran-Astara bölgəsindən axan çayların, o cümlədən Kür və Araz çaylarının iqlim dəyişmələrinə həssaslığı qiymətləndirlib və proqnozlar hazırlanlıb:

“Proqnozlara görə, Kür və Araz çaylarının, o cümlədən Kiçik Qafqaz ərazisindən axan çayların su ehtiyatlarının 2040-cı ilədək 10, 2041-2070-ci illər ərzində 15, 2071-2098-ci illər ərzində isə 20 faiz azalacağı gözlənilir. Böyük Qafqaz ərazisindən və Lənkəran-Astara bölgəsindən axan çaylarda isə müvafiq illər üzrə azalma göstəricilərinin 5, 10, 15 faiz olacağı ehtimal edilir”.