Ukraynanın ritorikası dəyişir: Rusiya ilə danışıqların ola biləcəyinə eyham vuruldu

0
681

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov ukraynalı teleaparıcı Natalya Vlaşçenkoya müsahibəsində münaqişəyə son qoymaq üçün hər hansı məsləhətləşmələrin aparılmasının mümkün olub-olmaması ilə bağlı sualı cavablandırıb.

Danilov eyd edib ki, Ukraynanın qanunvericilik bazasında hazırkı münaqişə kontekstində danışıqları tənzimləyən iki sənəd var:

“Birincisi, Ukrayna prezidentinin 10 nəfərdən ibarət danışıqlar qrupunun yaradılması haqqında fərmanıdır. Danilovun sözlərinə görə, bu qrup heç vaxt öz vəzifəsinə başlamayıb, çünki Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası Rusiya prezidenti Vladimir Putinlə danışıqları qadağan edən qərar qəbul edib”.

O əlavə edib ki, indi danışıqlara başlamaq üçün əks qərar qəbul edilməlidir və bu qərar Milli Təhlükəsizlik Şurası üzvlərinin üçdə ikisi tərəfindən dəstəklənməlidir.

Eyni zamanda, Danilov Ukraynada məsləhətləşmələrə qanunvericilik baxımından heç bir maneənin olmadığını açıq şəkildə bildirdi. “Məsləhətləşmələrin olub-olmaması, görüşlərin olub-olmaması – bu, tamam başqa şeydir, bu, danışıqlar deyil”, – deyə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi yekunlaşdırıb.