Bu gün Qəbələ rayon Əmirvan kəndində şəhid Fariz Zahir oglu Rəhimovun üçüncü il dönümü qeyd olundu.
Şəhid Rəhimov Farizin il dönümündə , Qəbələ TV, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi, Sabitlik və İnkişaf Mərkəzi İB-nin Qəbələ rayon nümayəndəliyinin rəhbəri,yazarlar, qazilər, şəhid ailələri, məktəblilər, kənd sakinləri, Qışıl Aypara cəmiyyətinin sədri, “Qanun keşiyində” qəzetinin redaktoru, İcra nümayəndəsi,axundlar iştirak etdilər.
Əvvəlcə şəhidin məzarı üzərinə gül dəstələri qoyulmuş, ruhuna dualar oxunmuşdur.
Şəhidin anası Şərafət xanım çıxış edərək ,öz övladının qəhrəmanlığından danışmış, gələn qonaqlara öz təşəkkürünü bildirmişdir.
Tədbirdə iştirak edən qonaqlar şəhidin ailəsinə başsağlığı vermişlər.
Məktəblilər şeirlər söyləmişlər.
Tədbir ata ocağında ehsan süfrəsi arxasında davam etmişdir.
Təranə Alməmmədova
“Xarıbülbül Ədəbi Məclisi”nin, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi, Sabitlik və İnkişaf Mərkəzi İB – nin Qəbələ rayon nümayəndəliyinin rəhbəri