Türkiyə parlamentinin sədri: “Üçüncü Dünya müharibəsi artıq başlayıb”

0
453

“Dünyada siyasi təzadlar artır. Bu, daha böyük toqquşmaların başlanğıcı ola bilər”.

Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Əsrin İşadamları Dərnəyinin toplantısında çıxışı zamanı deyib.

O bildirib ki, Birinci və İkinci dünya müharibələrinin əsas səbəbi siyasi ambisiyalar idi: “Üçüncü dünya müharibəsi isə artıq çoxdan başlayıb. Yaxın Şərqdəki müharibə birdən-birə başlamadı”.

N.Kurtulmuşun sözlərinə görə, dünyada siyasi sistemin dəyişməsinə ehtiyac var.