Ermənistanın yeni dəhliz planı – Hindistan və İranla razılaşırlar

0
475

Hindistan, İran və Ermənistandan ibarət üçtərəfli qrup bu ilin aprelində İrəvanda keçirilən görüşdə iqtisadi layihələr və regional kommunikasiya kanallarını müzakirə ediblər.

Bu barədə Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan məlumat verib.

“Ermənistan Hindistan və digər Asiya ölkələrinə çıxış əldə etmək üçün İranın Çabahar limanına qoşulmaq üçün danışıqlar aparır”, – ölkə rəsmisi bildirib.

Onun sözlərinə görə, Ermənistan yaxın gələcəkdə Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi ilə Çabahar limanı arasında əlaqə yaratmağa ümid edir.