Moskvadan NİKBİN AÇIQLAMA: “Hazırlıq gedir, Bakı və İrəvan arasında…”

0
312

“Moskva İrəvan və Bakı ilə aralarındakı münasibətlərin tənzimlənməsi üçün əlaqə saxlayır. Hazırda sülh müqaviləsinə hazırlıq gedir”.

Bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev deyib.

O, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üçün ardıcıl səylər göstərildiyini vurğulayıb.

Sülh müqaviləsinin mümkün imzalanmasına toxunan Patruşev bunun üçün bütün ilkin şərtlərin mövcud olduğunu qeyd edib.

“Bütün ilkin şərtlər var”, – agentlik Patruşevdən sitat gətirib.