Nikoldan separatçılara zərbə: qondarma “artsax”a icazə verilmir

0
368

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinə Qarabağ, eləcə də erməni əhalisinin Qarabağa qayıdışı məsələsi daxil deyil.

B
u barədə Ermənistanın baş nazirinin xüsusi nümayəndəsi Edmon Marukyan deyib.

Onun sözlərinə görə, erməni əhalisinin geri qayıtmaq hüququq qalır, lakin bu məsələ sülh danışıqlarına daxil deyil: “Bu, ayrı mövzu olaraq müzakirə edilə bilər”.

Paşinyanın nümayəndəsi separatçıların qondarma “artsax”ı Ermənistan ərazisində saxlamasının mümkün olmadığını da vurğulayıb.

“Ermənistanın milli təhlükəsizliyi kontekstində belə qurumların (qondarma “artsax”ın “qurumları”-red) formalaşdırılması, yaxud saxlanılması düzgün deyil. “Mühacir hökumətlər” olub, ola bilər, lakin bunun Ermənistanla heç bir əlaqəsi yoxdur”, – deyən Marukyan separatçıların Ermənistan ərazisində də mövcudluğuna icazə verilməyəcəyi mesajını çatdırıb.