İrəvan Parisin verdiyi silahların pulunu necə ödəyəcək?

0
261

Ermənistanın Fransa ilə bir neçə yüz milyon avroya çata biləcək hərbi müqavilələrin dəyərini necə ödəyəcəyi məlum deyil.

Bu barədə Fransanın “Le Monde” qəzeti yazıb. Nəşr qeyd edib ki, Fransanın Ermənistana dəstəyinə təlimlər, eləcə də radarların və zenit-raketlərin satışı daxildir.

“Bunlar Ukraynaya hərbi yardımda olduğu kimi silah tədarükü deyil, məbləği bir neçə yüz milyon avroya çata biləcək müqavilələrdir. Lakin İrəvanın onları necə ödəyəcəyi hələ məlum deyil”, – nəşr qeyd edir.

Xatırladaq ki, bir gün əvvəl Fransa Müdafiə Nazirliyinin rəhbəri Sebastyan Lekornu erməni həmkarı Suren Papikyanla danışıqlardan sonra Parisin Ermənistana Müdafiə Nazirliyinin hərbi müşaviri kimi ordu zabitini göndərəcəyini və onun Ermənistan ordusu üçün xüsusi təyinatlılar hazırlayacağını bildirib.