FAYDALI SƏFƏR

0
208

Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin l vitse prezidenti Ruhiyyə Poladova bu günlərdə qardaş Türkiyədəki səfərdən maraqlı xəbərlərlə qayıdıb.Belə ki,mədəniyyət sahəsində müəyyən məsələlər üzrə faydalı təkliflərlə qarşılıqlı layihələrin və belə qarşılıqlı görüşlərin həm Türkiyədə,həm də Bakıda keçirilməsini məqsədəuygun olduğunu nəzərə almışlar.Mədəniyyətlər arası mədəni irsimizlə daha dərindən tanış olmaq qarşıdakı fəaliyyətimiz üçün genış perspektivlər aça bilər.O cümlədən,mədəniyyət və incəsənət adamları ilə qarşılıqlı əlaqələrin daha sıx olmagına gətirib çıxarar.
Türkiyədə olarkən R.Poladova İstanbul Pendik Bələdiyyəsi Kultur işlər müdiri Mustafa Kemal Çalıkcı ilə gələcək müştərək fəaliyyətimiz barədə ətraflı söhbət aparmış,belə qarşılıqlı görüşlərin faydalı olacagını vurgulamışdır.
Eyni zamanda teatro oyunçusu,yönetmen və yazan Zülfükar Yazcaqla iş birliyi qurmağa razılııq almışdır. Görüşlərin faydalı olacagına ümid edən Ruhiyyə xanım artıq layıhənin həyata keçirilməsinə start vermişdir.Bu işdə şübhəsiz,Mədəniyyət Nazirliyinin də köməyinə arxalanmaq olardı.Görüş zamanı xatirə şəkilləri çəkilmişdir..

Məlumatı hazırladı:

Nəzakət Eminqızı,DAMM- nin və “Yazarlar” jurnalının əməkdaşı ,AJB- nin üzvü,yazıçı- publisist.