Ermənsitan məktəblərində ÜSYAN BAŞLADI: qondarma dövlətin adı tarixdən SİLİNİR

0
151

Ermənistanın Təhsil və Mədəniyyət Nazirliyinin və Hökumət binası qarşısında toplaşan müəllimlər 2, 5 və 7-ci siniflərin yeni dərsliklərindən, maaşın azlığından və yeni standartlardan şikayətlənərək etiraz aksiyayası keçirirlər.

Etirazın mövzularından biri də 7-ci sinif tarix dərsliyində qondarma “Artsax” xəritəsinin olmaması olub.

Aksiyalarda iştirak edən müəllim Şoqer Babayan “Hraparak”a bildirib ki, etiraz aksiyaları yalnız “Artsax” ətrafındakı vəziyyətə görə dayandırılıb.

“Baş nazirlə görüş tələb edirik. Qrup yaradacağıq və müəyyən addımlar atırıq, bu dəqiqə əsas məsələləri açmaq istəmirəm. Bu vaxta qədər nazirlikdən bizimlə görüşən olmayıb. Yeni çap olunmuş erməni tarixi dərsliyi ilə bağlı müəllimlərimiz arasında üsyan var. Biz görüşlər keçirməyə və həmin yeni dərsliyə daha nələrin daxil olmadığını başa düşməyə hazırlaşırıq.

Necə olur ki, yeni dərs ili erməni tarixi dərslikləri olmadan başladı?”Artsax”ın özünü buraxmasından sonra dərsliklər məktəblərə verildi. “Artsax”ın xəritəsi dərsliklərdə yoxdur. Bu suallar siyasi qurumlar cavab verməkdən yayınırlar.

“İndi o suala cavab versəm, bu, siyasi qiymət verdiyim anlamına gələcək. Mən riyaziyyat müəllimiyəm və sadəcə xəritə ilə riyaziyyati uzlaşdıra bilmirəm. “Artsax” xəritəsi olduğu halda dərsliyin çap olunmasına icazə verilmir. Dərsliklər yayda çap olunub, avqustda mətbəəyə gedib. Qonşu dövlət Azərbaycan, şagirdlərinə bütün Ermənistanın (red: tarixi azərbaycan torpaqları) onun ərazisi olduğunu öyrədir. Əlimizdə olanı belə qoruyub nəsillərə ötürə bilmirik”, – Babayan bildirib.