Paşinyan Əliyevlə görüşdən DANIŞDI: “2-3 ay ərzində…”

0
237

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan prezidenti İlham Əliyevlə Brüsseldə keçiriləcək görüşlə bağlı ilkin razılaşmanın əldə olunduğunu açıqlayıb. 

Onun sözlərindən TASS sitat gətirib.

O qeyd edib ki, həm Yerevan, həm də Bakı görüşü keçirməyə hazır olduqlarını bəyan ediblər. Paşinyan vurğulayıb ki, bu, tərəflərin sülhə doğru irəliləmək istəyindən xəbər verir.

“Bu isə o deməkdir ki, 2-3 ay ərzində sülh müqaviləsinin imzalanması ehtimalı 70 faiz olacaq”, – Ermənistanın baş naziri bildirib.

Azərbaycan prezidenti İlham Əliyev bir müddət əvvəl bildirib ki, hazırda Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması üçün tarixi şərait var. Onun sözlərinə görə, bu, Cənubi Qafqazda sülh və əməkdaşlıq məkanı yaratmağa imkan verəcək.

Qeyd edək ki, sentyabrın 20-də Qarabağdakı qondarma rejim Bakının lokal xarakterli antiterror tədbirlərinə başlamasından sonra təslim olduğunu elan edib.

Ermənistan da rəsmi olaraq Qarabağ ərazisinə iddialarından və nizamlanma prosesində iştirakdan imtina edib.