İrəvanda tankları gözləyin: Ərdoğan dəhlizi almağı planlaşdırır – ŞOK AÇIQLAMA/VİDEO

0
254

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan məhz Zəngəzur dəhlizi ilə bağlı əməliyyatı hazırlamaq üçün Naxçıvana səfər edib”

Belə bir iddia Ermənistanın Konstitusiya Məhkəməsinin keçmiş aparat rəhbəri, Polşadakı keçmiş səfiri Edqar Kazaryan tərəfindən səslənib.

Onun proqnozlarına görə, əməliyyat bir neçə mərhələdə həyata keçiriləcək.

“Baş nazir Nikol Paşinyanın Ermənistanın “Qarabağ və anklavlar da daxil olmaqla” Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı bəyanatlarına əsaslanaraq, Türkiyə-Azərbaycan alyansı ilk mərhələdə Tavuş istiqamətində quru əməliyyatlarına başlayacaq. Kazaryanın fikrincə, general Qriqori Xaçaturovun həbsinin davamlı olaraq uzadılmasının yeganə səbəbi budur. Tavuşda Türkiyə-Azərbaycan tandemi Ermənistanın Gürcüstanla sərhədə çıxışını əngəlləyəcək. Növbəti mərhələ Kərki istiqamətində əməliyyatı ehtiva edir ki, bununla da Vayots Dzor və Sünikə (Dərələyəz mahalı) çıxış kəsiləcək.

Əməliyyat bununla da məhdudlaşmayacaq. Naxçıvanda 60 minlik ordu var, uzun illərdir orada silah-sursat yığılıb və bu ordu heç vaxt hərbi əməliyyatlarda iştirak etməyib, sadəcə təlimlər keçirib. Amma həmin ordu təkcə Sünik və ya Vayots Dzoru tutmaq niyyətində deyil, onların tankları bir saat ərzində İrəvanda olacaq. Çox tezliklə İrəvan da Xankəndinin indiki vəziyyətinə düşə bilər”, – deyə Kazaryan hesab edir.(Musavat.com )