Paşinyanın oğlunun oğurlanmasında təqsirləndirilən qadın həbs edildi

0
241

Ermənistan baş naziri Nikol Paşinyanın oğlu Aşotun oğurlanmasını təşkil etməkdə ittiham olunan Qayane Akopyanla (Martirosyan) bağlı məhkəmə qərar verib.

Qərara əsasən, Qayane Akopyan (Martirosyan) bir ay müddətinə həbs edilib.

Ümumi yurisdiksiya məhkəməsinin bu qərarı barədə onun vəkili Vaan Ovannisyan məlumat verib.

“Məhkəmə həbsin qanunsuzluğu ilə bağlı iddiamızı rədd etdi və müstəntiqin həbslə bağlı vəsatətini təmin etdi”, – deyə vəkil bildirib.

O qeyd edib ki, hakim Jora Çiçoyanın qərarından şoka düşüb. Belə ki, proses zamanı həbs üçün heç bir əsasın olmadığı məlum olub.

Müdafiə tərəfi hökmdən apellyasiya şikayəti verəcək. Hələlik isə Qayane Akopyan (Martirosyan) aclıq aksiyasını davam etdirmək qərarına gəlib. Vəkil bildirib ki, hazırda onun səhhəti qənaətbəxşdir.