Ermənistan KİV: Paşinyanın yerinə namizəd axtarılır

0
264

Ermənistanın baş naziri Nikol Paşinyanın yerinə namizəd axtarılır.

“Ermənistanın baş naziri Nikol Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması Qərb üçün əsas məsələlərdən birinə çevrilib və onun yerinə namizəd axtarılır”, – deyə “Past” qəzetində dərc edilən məqalədə qeyd olunur.

Nəşrin yazdığına görə, Ermənistanla Azərbaycan arasında mümkün razılaşmada maraqlı olan mərkəzlər, xüsusən də Qərb ölkələri sülh müqaviləsi imzalandıqdan sonra N.Paşinyanın hakimiyyətdə qalmasının ciddi problem olacağını başa düşünürlər.

“Qərb başa düşür ki, sülh sazişi imzalanandan sonra Paşinyanın hakimiyyətdə qalması məqsədəuyğun deyil. Ona görə də onlar “B planı” üzərində işləyirlər. Artıq onun yerinə bir neçə mümkün qərbyönlü namizəd müzakirə olunur. Yeri gəlmişkən, namizədlər arasında Paşinyan komandasının bəzi nümayəndələrinin, eləcə də hazırda Ermənistanın daxili siyasi həyatında fəal olmayan fiqurların olduğu barədə məlumatlar var”, – məqalədə vurğulanır.

Nəşr onu da bildirib ki, Moskvada bu məsələ ilə bağlı müzakirələr gedir.