Mirzoyan: “Ermənistan regionda uzunmüddətli sülh əldə etməyi hədəfləyir”

0
150

“Ermənistan Cənubi Qafqaz regionunda uzunmüddətli sülh əldə etməyi hədəfləyir”.

Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşündə bildirib.

O, Ermənistanın danışıqlarda konstruktiv şəkildə iştirak etdiyini bildirib.

“Bizim diqqətimiz regionumuzda uzunmüddətli sülhə yönəlib. Ermənistan üçtərəfli bəyanatlara sadiq qalır”, – deyə o bildirib.

Xarici işlər naziri bəyan edib ki, Ermənistan danışıqlara hazırdır və iştirak edəcək.

Qeyd edək ki, mayın 19-da Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri arasında üçtərəfli danışıqlar keçiriləcək.