Zelenskini ələ salan telekanaldan tələb edilir: Üzr istə

0
144

Ukrayna səfiri Zelenskini ələ saldığına görə telekanaldan üzr istəməsini tələb edib.

Ukraynanın Fransadakı səfiri Vadim Omelçenko Ukrayna prezidenti Vladimir Zelenskinin Parisə son səfəri ilə bağlı istehza xarakterli açıqlamalar yayan RTL telekanalından rəsmi üzr istəməsini tələb edib.

“Mən prezidentimdən və xalqımdan üzr istəməyi tələb edirəm”, – Omelçenko “Twitter” hesabında yazıb.

Qeyd edək ki, sözügedən televiziya kanalının aparıcısı bir müddət öncə Zelenskinin Yelisey Sarayına baş çəkməsini onun “Avropa sirk səyahəti” kimi şərh etmişdi.

Xatırladaq ki, Zelenski son Avropa turnesi çərçivəsində Vatikana, Romaya, Fransaya, Almaniyaya və Böyük Britaniyaya səfər edib