Naxçıvan-Bakı reysini yerinə yetirən təyyarə texniki səbəbdən hava limanına qayıdıb

0
207

“Azərbaycan Hava Yolları”nın J2-256 nömrəli Naxçıvan-Bakı reysini yerinə yetirən hava gəmisinin kapitanı texniki səbəbdən hava limanına qayıtmaq qərarına gəlib.

Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən bildirilib.

Təyyarə saat 20:20-də Naxçıvan Beynəlxalq Hava Limanında eniş edib.

Gecikmə zamanı sərnişinlər aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin ediləcəklər.